İki fərqli cəza: öldürən və öldürülən qadın… - Elçin Rüstəmli

  • By Admin2
  • 02 İyul 2026 16:54

Neçə gündür internetdə “Arzum” ləqəbli Tik-toker haqqında xəbərlər aşıb-daşır. Bu gün maraqlandım ki, nə məsələdir, niyə hamı ondan yazır?

Gununsesi.info xəbər verir ki, bu sözləri journalist Elçin Rüstəmli deyib.

O, həmçinin qeyd edib:

“Bu xanım paytaxtda bir müddət əvvəl gecə saatlarında avtoqəza törədib. İdarə etdiyi maşını sola döndərərkən, arxadan gələn “Meredess” markalı avtomobillə toqquşub, nəticədə sürücü həlak olub, həyat yoldaşı yaralanıb. “Arzum” hadisə yerindən qaçıb, Almaniyaya gedib və s.

Hakim ona 5.2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. İş hallarını nəzərə aldıqda ona ittiham olunduğu maddə ilə yüngül cəza veriblər. Əslində, daha çox cəzanı haqq edirdi. Hər halda həbsxanaya göndəriblər, amma həmişə belə olmur. Bu haqda niyə yazdım?

Təxminən eyni motivli başqa bir qəza ilə bağlı Nizami rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyev cinayət törədən şəxsə məntəqə tipli cəza vermişdi. Gənc müəllimə Günay Prizadə 2025-ci il yanvarın 22-də səhər məktəbə gedərkən Neftçilər metrosu yaxınlığında, piyada keçidinin üzərində Şükür Məhərrəmovun idarə etdiyi “Tofaş Doğan” markalı, 10-MR-644 dövlət nömrə nişanlı avtomobillə vurulub. O, hadisə yerində dünyasını dəyişib. Hadisə piyada keçidinin üzərində baş verib. Onun valideynləri şikayətçi olub, Məhərrəmova ittiham olunduğu maddə ilə ən ağır cəza verilməsini tələb ediblər. Prokuror da hakimdən Məhərrəmovun 5.9 il azadlıqdan məhrum edilməsini istəmişdi. Məhərrəmov isə hakimdən azadlığa buraxılmasını və bəraət verilməsini tələb etmişdi. Hakim isə ortada heç bir yüngülləşdirici hal olmamasına baxmayaraq, Məhərrəmovu məntəqə tipli cəza ilə “mükafatlandırdı”.Gənc müəllimənin atası media vasitəsi ilə dəfələrlə Məhkəmə Hüquq Şurasına, Ali Məhkəmənin sədrinə müraciət etdi, ədalət istədi, amma təmin olunmadı. Apellyasiya Məhkəməsi də onun şikayətini təmin etmədi, təəssüf ki….

Elmar

Gununsesi.info