ABŞ və İran Hörmüzdə bu məsələni həll etməlidir

Hörmüz boğazından keçid məsələsi bir neçə tərəfin maraqlarına toxunur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Bir tərəfdə İran, digər tərəfdə isə Oman yerləşir. İranın beynəlxalq sularda, o cümlədən 12 dəniz mili genişliyində ərazi sularında öz hüquqları var. Omanın da eyni hüquqları mövcuddur. Bu iki zona arasında isə təxminən 20 dəniz mili uzunluğunda əlavə bir sahə yerləşir. Həmin zonaların istifadəsi ilə bağlı məsələ həll olunmalıdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərinin İran tərəfindən pozulduğunu əsas gətirərək ölkəyə qarşı genişmiqyaslı zərbələri yenidən başladıb. Buna cavab olaraq Tehran bölgədəki ABŞ hərbi obyektlərinə hücumlar həyata keçirib.

Gununsesi.info