“Həqiqətən də Azərbaycan qlobal gündəmin müzakirə olunduğu məkanlardan birinə çevrilməkdədir”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib:
“IV Şuşa Qlobal Media Forumunda cənab Prezident İlham Əliyevin forum zamanı müxtəlif ölkələrdən gəlmiş media nümyəndələrinin suallarını açıq formatda cavablandırması enerji təhlükəsizliyi, geosiyasət, Azərbaycan-Türkiyə münasibətləri, regional sülh, Avropa bazarı və Qlobal Cənub kimi çox geniş istiqamətləri əhatə etdi ki, bu da Azərbaycanın beynəlxalq proseslərlə bağlı mövqeyini birbaşa dünya mediasına çatdırmaq imkanı yaratdı”.
İqtisadçı bu cür forumların əhəmiyyəti yalnız səsləndirilən fikirlərlə məhdudlaşmır:
“Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin Şuşaya gəlməsi, bölgəni öz gözləri ilə görməsi və Azərbaycanı birbaşa mənbədən dinləməsi informasiya diplomatiyasının ən təsirli vasitələrindən biridir.
Bu gün dövlətlər arasında rəqabət iqtisadiyyat, hərbi imkanlar və enerji ilə yanaşı, informasiya müstəvisində də gedir. Öz mövqeyini inandırıcı şəkildə təqdim edəbilən ölkələr beynəlxalq ictimai rəydə daha güclü mövqe qazanırlar. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirən mühüm platformadır”.
Günay







