İran ABŞ ilə danışıqlara ciddi yanaşmır -Rubio

  • Müəllif: Firuzə
  • 22 İyul 2026 09:12

ABŞ dövlət katibi Marko Rubio İranın Vaşinqtonla aparılan danışıqlara ciddi yanaşmadığını bildirib.

Gununsesi.info  xəbər verir ki, o, bu barədə ASEAN ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən tədbirdə danışıb.

Rubio qeyd edib ki, ABŞ öz maraqlarını və müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün addımları atmağa hazırdır.

“Problem ondadır ki, hazırda onlar (İran) danışıqlara ciddi yanaşmırlar. Əgər onlar ciddi yanaşsalar, biz də ciddi yanaşacağıq”, – deyə ABŞ dövlət katibi bildirib.

Qeyd edək ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı ABŞ-ın ölkənin nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə sərt cavab veriləcəyini bəyan etmişdi.

Gununsesi.info