Baş prokuror Laçında vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev avqustun 7-də Laçın şəhərində vətəndaş qəbulu keçirəcək.

Gununsesi.info xəbər verir ki, qəbul Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının sakinlərini əhatə edəcək.

Qəbul zamanı vətəndaşların müraciətləri dinləniləcək.

 

Gununsesi.info