Retkliff: Ukraynanın süni ağıllı dronları döyüş meydanında üstünlük yaradır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Ukraynadakı döyüşlərlə bağlı diqqətçəkən açıqlama verib.

Gununsesi.info xəbər verir ki, Retkliff Pensilvaniya ştatında keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin süni intellektlə təchiz olunmuş hücum dronlarından geniş istifadə etməsi döyüş meydanında vəziyyəti ciddi şəkildə dəyişib.

Onun sözlərinə görə, hazırda döyüş meydanına daxil olan rus əsgərinin orta ömrü cəmi 20–30 dəqiqə təşkil edir.

“Döyüş meydanına gələn rus əsgərinin orta ömrü 20–30 dəqiqədir. Çünki süni intellektlə təchiz olunmuş dronlar çox ixtisaslaşmış və ucuz öldürücü vasitələrə çevrilib”, – deyə MKİ direktoru bildirib.

 

 

Gununsesi.info