I və IV qrupların imtahan nəticələri bu tarixdə açıqlanacaq  - RƏSMİ

  • Müəllif: Orxan
  • 25 İyul 2026 12:26

Ali təhsil müəssisələrinə qəbul üzrə I və IV ixtisas qrupları üzrə keçirilən ikinci cəhd imtahanının nəticələrinin elan olunacağı vaxt məlum olub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Gununsesi.infonun sorğusuna cavab olaraq bildirilib ki, nəticələrin növbəti həftənin əvvəllərində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanı 12 iyul 2026-cı il tarixində keçirilib.