12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı - Yenilənib

  • Müəllif: Orxan
  • 25 İyul 2026 12:59

Şəmkirin Mahmudlu kəndində bıçaq xəsarəti alan 12 yaşlı Ə. N xəstəxanaya çatdırılana qədər vəfat edibmiş. 

Bu barədə Gununsesi.info-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ötən gün saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

***

Gununsesi.infonun əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qızın itkin düşməsi ilə bağlı ötən gün valideynləri polisə müraciət etmişdilər.

Gununsesi.info