Kobaxidzedən Saakaşviliyə sərt ittiham: “Reallıq hissini itirib”

  • Müəllif: Firuzə
  • 02 Avqust 2026 22:27

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabiq prezident Mixeil Saakaşvilinin sağlam düşüncədən uzaq olduğunu bildirib və onun fəaliyyətini siyasətçilərin deyil, başqa sahənin mütəxəssislərinin qiymətləndirməli olduğunu deyib.

Gununsesi.info xəbər verir ki, bu barədə İrakli Kobaxidze jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, Mixeil Saakaşvili siyasətçilərin deyil, başqa sahənin mütəxəssislərinin qiymətləndirməli olduğu bir şəxsdir.

Baş nazirin sözlərinə görə, Saakaşvili reallıq hissini tamamilə itirib və bu vəziyyət hələ prezident olduğu dövrdə də müşahidə olunurdu.

“Prezident olduğu doqquz il ərzində də belə idi, müxalifətə keçəndən sonra da belə qaldı. İndi isə vəziyyəti daha da ağırlaşıb. Ona verə biləcəyim qiymətləndirmələrdən biri budur”, – deyə Kobaxidze bildirib.

Gununsesi.info