Lavrov ABŞ-dan Rusiya ərazisinə endirilən zərbələrə görə cavab verməsini tələb etdi

  • Müəllif: Orxan
  • 14 Avqust 2026 13:31

Rusiya ABŞ-dan neft emalı zavodlarına hücumlar da daxil olmaqla, mülki infrastruktura qarşı hücumlarda ABŞ kəşfiyyatının iştirakını aydınlaşdırmağı xahiş edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov VGTRK-ya verdiyi müsahibədə bildirib.

Diplomat qeyd edib ki, Moskva ultimatum vermir.

Lavrov deyib: “Biz Dövlət Departamentinə bir sıra suallar təqdim edərək şərh istəmişik. Bu suallara kəşfiyyat məlumatları və ABŞ-ın Rusiya ərazisinin dərinliklərində mülki hədəflərə qarşı hücumların təşkilində və həyata keçirilməsində daha dərindən iştirak etməsi də daxildir”.

Maqsud

Gununsesi.info