Rusiyanın idman naziri Mixail Deqtyarev özünün Telegram kanalında bildirib ki, Bişkekdə ABŞ prezidentinin xüsusi elçisi Paolo Zampolli ilə görüşdə Los-Ancelesdə Rusiyanın 2028-ci il Olimpiadasında iştirakını müzakirə edib.
Gununsesi.info-nun xəbərinə görə, Deqtyarev yazıb: “Paolo Zampolli və mən siyasəti idmandan uzaqlaşdırmaq üçün danışıqlar aparmaq və ortaq məxrəc tapmaq üçün hər fürsətdən istifadə edirik. Bu dəfə söhbət Bişkekdə, 6-cı Dünya Köçəri Oyunlarında gedir. Konstruktiv dialoq davam edir. Bugünkü görüşümüzün leytmotivi Rusiya idmançılarının fəal şəkildə hazırlaşdığı 2028-ci il Los-Anceles Olimpiya Oyunlarıdır”.
2028-ci il Yay Olimpiya Oyunları 14-30 iyul tarixlərində Los-Ancelesdə keçiriləcək.
7 iyulda Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin fəaliyyətini müvəqqəti olaraq dayandırdı və bütün federasiyalara Rusiya idmançılarına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tövsiyə etdi; əvvəllər verilən tövsiyələr artıq qüvvədə deyil. Lakin bəzi federasiyalar Rusiya idmançıları ilə bağlı mövqelərinin dəyişməz qalacağını bildirdilər.
Maqsud












