Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
Gununsesi.info xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4.35 ABŞ dolları və ya 4.46% artaraq bir barel üçün 101.96 ABŞ dollarına çatıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.








