Əməkdar həkim vəfat etdi - FOTO

  • Müəllif: Firuzə
  • 05 Sentyabr 2026 23:51

Uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.

Gununsesi.info Ölkə.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Cəfərov 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub.

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb.