Ağdamda traktor minaya düşdü

  • Müəllif: Firuzə
  • 06 Sentyabr 2026 10:22

Ağdam rayonunda mina hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Əkin işləri aparan traktor minaya düşüb. Partlayış nəticəsində texnikaya ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır (APA).