Ölkədə kompüter və elektron məhsullarının istehsalı 82,8 faiz artıb

  • Müəllif: admin
  • 28 Mart 2017 07:25

komputer ve elektron mehsullar

Bu ilin yanvar-fevral aylarında ölkəmizdə 25,6 milyon manatlıq kompüter və elektron məhsulları, elektrik avadanlıqları istehsal olunub. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 82,8 faiz, elektrik avadanlıqlarının istehsalı isə 3,4 dəfə artıb.

Gununsesi.info-nun məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, iki ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 3,8 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı isə 962,0 dəfə artıb. Gərginliyi 1000 voltadək olan elektrik cərəyanı naqillərinin istehsalında isə 78,3 faiz artım qeydə alınıb.

Gununsesi.info