
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 12,970 qram olan narkotik vasitə – tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info









