
ABŞ sahil mühafizə xidməti Karib dənizində, Cənubi Amerika sahillərində və Sakit okeanda 60 gün ərzində keçirdiyi silsilə əməliyyatlar nəticəsində ümumilikdə 16 ton kokain müsadirə ediblər.
Gununsesi.info-nun newstes.ru-ya istinadən verdiyi məlumata görə, müsadirə edilmiş kokainin topdansatış qiyməti 420 milyon dollardan başlayaraq 1 milyard dollara qədər təşkil edir.
Qeyd edək ki, əməliyyat zamanı ABŞ sahil mühafizə xidməti 30 qaçaqmalçını yaxalayıb. İndi onlara narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılacaq.
Gununsesi.info












