Sabah meteohəssas insanlar üçün əlverişsiz hava gözlənilir

  • Müəllif: Firuzə
  • 18 Oktyabr 2026 23:15
Oktyabrın 19-u üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Gununsesi.info