Konqoda eboladan ölənlərin sayı artıb

  • Müəllif: Firuzə
  • 19 Oktyabr 2026 19:38

Konqo Demokratik Respublikasında (KDR) may ayından bəri təsdiqlənmiş ebola ölümlərinin sayı 4500-ü keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Nazirlikdən verilən məlumata görə, ölkədə ümumilikdə 9400-dən çox insana ebola diaqnozu qoyulub.

Qeyd olunur ki, xəstəliyin episentri ümumi yoluxma hallarının 73,2%-ni təşkil edən İturi əyaləti olaraq qalır.

Gununsesi.info