Rusiya ABŞ-da Kubanın tarixi lideri Raul Kastronun həbsinə dair order verilməsini qətiyyətlə pisləyir.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bəyanatda deyilir: ” Mayami hakiminin Raul Kastronun həbs orderinin çıxarılması qəti şəkildə rədd edilir və şiddətlə pislənir”.
Mətndə vurğulanır ki, Kuba hazırda ticarət, iqtisadi, enerji və maliyyə embarqosu səbəbindən çətin günlər yaşayır. Buna görə də, ada dövləti ətrafında gərginliyin daha da artması Latın Amerikasında qeyri-sabitliyə səbəb ola bilər. Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, bu ssenari baş verərsə, kubalılar kütləvi şəkildə qonşu ölkələrə qaçmağa başlayacaqlar ki, bu da sosial böhrana səbəb ola bilər.
Nazirlik qeyd edib ki, Moskva Havana ilə həmrəydir və ikitərəfli münasibətləri möhkəmləndirməyə davam etmək niyyətindədir. Nazirlik kubalıların “xarici bədniyyətlilərin daha bir hücumu”nun öhdəsindən gələcəklərinə əminliyini ifadə edib və Raul Kastroya cansağlığı və möhkəmlik arzulayıb.
Maqsud












