Kiyev münaqişənin həlli üçün amerikalılarla danışıqları və sülh müqaviləsini müzakirə etməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Corriere della Sera” ya verdiyi müsahibədə bildirib.
“Dünən Trampın danışıqlar qrupu ilə danışdıq. Dedim ki, hazırıq. Əgər onlar Putinlə danışıqları və sülh müqaviləsini müzakirə etmək istəyirlərsə, biz həmişə açıqıq. Çünki sülh prioritetdir. Şəxsi məsələlər şəxsi olaraq qalır. Mən onlarla, bəlkə də, bu həftənin əvvəlində görüşməyə hazıram”, – deyə o qeyd edib.
Zelenski müsahibədə həmçinin vurğulayıb ki, əgər Ukrayna məsələsi Rusiya prezidenti Vladimir Putin, Ağ Ev katibi Donald Tramp və Çin prezidenti Si Cinpin arasında mümkün görüşdə müzakirə olunarsa, Kiyev əvvəlcədən məsləhətləşmək istəyəcək.
Maqsud












