
“Aprel döyüşləri Azərbaycanın hərbi uğuru idi”.
Gununsesi.info “news.am”-a istinadən xəbər verir ki, bu fikri Ermənistanın Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan bu gün İrəvanda keçirilən “Aprel döyüşləri bir ildən sonra” adlı dəyirmi masada səsləndirib.
Onun sözlərinə görə, 2016-cı ildəki aprel döyüşləri 1994-cü ildə əldə edilən atəşkəs rejimindən sonra ən ciddi hərbi toqquşma idi:
“Bu,Azərbaycanın Qarabağ cəbhəsində əldə etdiyi hərbu uğuru idi. Azərbaycanın bu hərbi uğuru ermənilərin məğlubedilməz ordusu haqqında formalaşdıran mifi darmadağın etdi. Azərbaycanın bu hərbi uğuru eyni zamanda Ermənistan ordusundakı korrupsiyanın hansı səviyyədə olduğunun və bunun milli təhlükəsizlik üçün ciddi təhdid yaratdığını ortaya qoydu”.
Politoloq həmçinin, növbəti belə hərbi toqquşma riskinin böyük olduğunu dilə gətirib və bunu istisna etməyib:
“Çünki aprel döyüşləri Azərbaycan tərəfini yetərincə qane etmədiyindən, yeni hərb toqquşmların olması ehtimalı böyükdür”.
Mürtəza
Gununsesi.info












