31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizə qanlı hadisə kimi yazılıb

  • Müəllif: admin
  • 30 Mart 2017 20:25

adu 31 mart

Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “dəyirmi masa” keçirilib.

Gununsesi.info-nun verdiyi məlumata görə, ADU-dan bildiriblər ki, tədbirdə sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva Azərbaycanlıların Soyqırımı Gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını deyib. Diqqətə çatdırılıb ki, soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən minlərlə günahsız, dinc soydaşımız amansızcasına qətlə yetirilib. Hadisəni hər zaman xatırlamağın və dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən danışan Ə.Abdiyeva bu istiqamətdə dövlətimiz tərəfindən kifayət qədər işlər görüldüyünü, amma ikili standartlar ucbatından haqq səsimizi bəyan etməkdə bəzi çətinliklərlə üzləşdiyimizi söyləyib.

Digər çıxış edənlər də erməni terrorizmi və onun tarixi, mart soyqırımının həyata keçirilməsində böyük xidmətləri olan Daşnaksütyun partiyası, “Böyük Ermənistan” yaratmaq ideyalarının reallaşdırılması istiqamətində görülən işlər, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması barədə məlumat veriblər.

Tədbir müzakirələrlə davam etdirilib.

Gununsesi.info