Azərbaycanın Birinci vitse-prezidenti aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşüb

  • Müəllif: admin
  • 03 Aprel 2017 21:25

mehriban

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 3-də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva görüşdə çıxış edib.

 

Gununsesi.info