Ev yandı, sahibinin meyiti tapıldı

  • Müəllif: admin
  • 04 Aprel 2017 11:08

yanan-ev

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 150 m2 sahədə, ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Cəfərov Anar Cavanşir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyətı üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar
Gununsesi.info