İki aya 6 bank filalı bağlanıb - MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

  • Müəllif: admin
  • 05 Aprel 2017 10:10

bankk

Bu ilin 2 ayı ərzində banklara məxsus 6 filial bağlanıb.

Gununsesi.info bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayından martın 1-dək bankların ümumilikdə 6 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, fevralın sonunda bu göstərici 563-ə qədər azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, fevralda şöbələrin sayı 135-ə yüksəlib.

Hesabat dövründə bankomatların sayında da artım qeydə alınıb. Belə ki, son iki ayda ATM-lərin sayı 1 ədəd artaraq 2462-yə yüksəlib.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

Gununsesi.info