
Qlobal brauzer bazarında “Internet Explorer”in payı azalmağa davam edir. Bu haqda dünyada 40 mindən çox sayta giriş edən 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin saytında yazılıb.
Gununsesi.info-nun “ICTnews”a istinadən verdiyi məlumata görə, 2016-cı ilin aprelində “Chrome” (41,71%) ilk dəfə fərdi kompüterlər üçün brauzerlər arasında populyarlıq göstəricisi üzrə “Internet Explorer”i (36,61%) geridə qoyub. 2017-ci ilin martında “Chrome” brauzerinin payı 58,64%-dək yüksəlib və “Microsoft”un proqram təminatının payı isə azalaraq 18,95% təşkil edib.
“Microsoft” şirkəti 2016-cı ilin əvvəlində “Internet Explorer” brauzerinin 11-ci versiyasından başqa bütün versiyalarının dəstəyini dayandırdıqdan sonra adıçəkilən brauzerin payı sürətlə azalmağa başlayıb.
İndi ABŞ korporasiyası “Edge” brauzerini reklam edir. Ancaq 2017-ci ilin martında bu brauzerin payı yalnız 5,6% təşkil edib.
Masaüstü və noutbuklar üçün ən populyar brauzerlərin üçlüyünə əvvəlki kimi “Firefox” daxildir, bu brauzerin payı bir ayda 11,68%-dən 11,79%-dək yüksəlib.
Gununsesi.info












