
Abşeron rayon sakini tapdığı tapançanı, 1 ədəd “F-1” markalı qumbaranı və 14 ədəd patronu könüllü olaraq təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Abşeron rayon sakini Xudayar Məmmədquliyev tapdığı nömrəsi silinmiş “Naqan” markalı tapançanı, 1 ədəd “F-1” markalı qumbaranı və 14 ədəd patronu könüllü olaraq Zəngilan Rayon Polis Şöbəsinə təhvil verib.
Anar
Gununsesi.info












