Uçurumun kənarında yerləşən qəsəbələr  – FOTOLAR

  • Müəllif: admin
  • 08 Aprel 2017 13:53

17806973_1820471051609804_357719903_n

Dünyada uçurum düz kənarında yerləşən onlarla qəsəbə var. İlk baxışdan təhlükəli görünsə də buradakı mənzərə görənlərin zövqünü oxşayır.

Gununsesi.info bu qəsəbələrdən bəzilərini oxucularına təqdim edir.

17841776_1820470994943143_735060378_n

Ronda, İspaniya

Möhtəşəm təbiəti ilə turistlərin zövqünü oxşayan qəsəbənin memarlıq abidələrinin gözəlliyinin səbəbi bu ərazidə XIX əsrə qədər davam edən İslamiyyət hakimiyyəti dövründə tikilməsidir. Qəsəbə uçurumun düz kənarında yerləşir.

17793254_1820470514943191_1440920739_n

Santorini, Yunanıstan

Yunanıstanın Santorini qəsəbəsinə hər il turistlər axın edir. Uçurumun kənarında yerləşən bu qəsəbədə vaxtilə vulkan püskürmələri olmuş, zəlzələlər baş vermişdi.

17806824_1820470541609855_305880394_n

Pitigliano, İtaliya

İtaliyanın Toskana bölgəsində salınmış Pitigliano qəsəbəsi 313 metr hündürlükdə yerləşir. 4 minə yaxın əhalisi olan və Orta əsrlərdən qalan bu qəsəbənin sakinləri şərab və zeytun yağı istehsal etməklə öz yaşayışlarını təmin edirlər.

17814138_1820470694943173_2074878350_n

Riomaggiore, İtaliya

YUNESKO tərəfindən qorunan qəsəbə vaxtilə balıqçı kəndi olub. Nağılları xatırladan kənd nazik və uzun küçə üzərində salınmışdır. Küçənin sonundakı yüksək təpə qəsəbənin möhtəşəm mənzərəsini nəzərə çarpdırır.

17841538_1820471028276473_1509841069_n

Piodao, Portuqaliya

Serra do Acor təpələrində yerləşən qəsəbə uçurumun kənarında salınması ilə yanaşı, öz memarlıq abidələri ilə də diqqət çəkir.

17841891_1820470698276506_397338603_n

Veliko Tarnovo, Bolqarıstan

1965-ci ildə qəsəbəyə böyük, möhtəşəm mənasını verən “Veliko” adının verilməsi bu yerin mükəmməlliyindən xəbər verir. Bolqarıstan tarixində önəmli yeri olan Veliko Tarnovo vaxtilə İkinci Bolqar dövlətinin paytaxtı olmuşdur. 220 metr yüksəklikdə yerləşən qəsəbədə otellər də fəaliyyət göstərir.

17842037_1820470828276493_657642519_n

Vernazza, İtaliya

Vernazza Genova və Piza arasındakı Liqurian dənizinin sahillərində yerləşən və mənası “beş kənd” olan qəsəbədir. Dağın başında yerləşən qəsəbəyə 100 il əvvələ qədər heç bir quru yolu yox idi. Hazırda turistik əraziyə çevrilən Vernazza hər il yüzlərlə ziyarətçi qəbul edir.

17857471_1820470724943170_1540658892_n

Civita Di Bagnoregio, İtaliya

70 nəfərin yaşadığı qəsəbədə yayda sakinlərin sayı 300 nəfərə qədər yüksəlir. Olduqca maraqlı görüntüsü olan Civita Di Bagnoregio 1795-ci ildə baş vermiş zəlzələ nəticəsində yaranmış uçurum ilə digər torpaqlardan ayrı düşüb. Burada tez-tez müşahidə olunan zəlzələlər səbəbindən qəsəbədə yaşayış qadağan olunmuşdur. Lakin hələ də buranı tərk etməyən sakinlər var. Qəsəbə ilə əlaqə yaratmaq üçün nazik və uzun körpü salınmışdır.

17842072_1820470681609841_542911643_n

Meteora, Yunanıstan

Hərfi mənası “havada asılı” mənasına gələn Meteora sivri bir qayalığın üzərində yerləşir. 300 metr yüksəklikdə salınmış bu qəsəbədə yaşamaq cəsarət tələb edir.

17857399_1820470948276481_1037426804_n

Rocamadour, Fransa

Fransanın cənub-qərbində dar bir boğazda inşa edilmiş qəsəbənin tarixi XII əsrə dayanır. Uçurumun kənarında yerləşən Rocamadour hər il turist axını ilə üzləşən bölgələrdəndir.

Nigar

Gununsesi.info