
“Rusiya tərəfindən Qərbə tətbiq olunan idxal embarqosu ortadan qaldırılmayacaq”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev mətbuata açıqlamasında belə deyib.
D. Medvedev bildirib ki, Rusiyaya qarşı sanksiyaların ortadan qaldırması istiqamətində Qərb lazımi addımlar atmadığı müddətcə onlar tərəfindən Qərbə tətbiq olunan idxal embarqosu davam edəcək.
İdxal embarqosunun faydasından danışan D.Medvedev vurğulayıb ki, bunun nəticəsində əkinçilik sektoru həm daxili, həm də xarici bazarda rəqabət gücünü qoruya bilib.
Bununla belə, baş nazir qeyd edib ki, Rusiya Avrasiya İqtisadi Birliyinə üzv ölkələriylə əlaqələrini uğurla inkişaf etdirir və artıq bu ölkələrdə istehsal olunan məhsullar Rusiyaya bazarlarına çıxarılır.
Anar
Gununsesi.info











