Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

  • Müəllif: admin
  • 11 Aprel 2017 20:24

avtoqeza

 

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, rayonun Küçərli kənd sakini, 2002-ci il təvəllüdlü Yunusov Nicat Səməd oğlu yolu keçərkən VAZ 2107 markalı avtomobil tərəfindən vurulub.

Xəsarət alan N. Yunusov Bərdə Mərkəzi Rayon Xəstəxanasına  çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır, sürücünün kimliyi dəqiqləşdirilir.

 

 

Gununsesi.info