Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • Müəllif: admin
  • 13 Aprel 2017 14:15

ogru

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də rayon ərazisindəki mağazalardan birindən kombi aparatı və 3000 manat dəyərində elektrik kabeli oğurlamaqda şübhəli bilinən Aslan Zeynalov tutulub.

Bundan başqa Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yanvarın 7-də rayon ərazisindəki evlərdən birindən 5000 manat pul, 3000 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Sarvan Fətullayev tutulub.

Eyni zamanda Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən ötən il oktyabrın 10-da Bakı şəhər sakini Nizami Talıbovun 255 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini Səma Tapdıqov və Hacıqabul rayon sakini Əliağa Rzayev tutulublar.

Anar

Gununsesi.info