Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • Müəllif: admin
  • 14 Aprel 2017 12:21

ogru
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elturan Vəlibəyovun ətrafında Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun rayon ərazisindəki 2 evdən 650 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Eyni zamanda oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Arzu Əsgərlinin və Qurban Məmmədovun ətrafında Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların ötən il iyulun 14-də rayon ərazisindəki mağazalardan birindən 240 manat pul və 5.000 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.

Anar

Gununsesi.info