Sürücü yolu keçmək istəyən piyadanı vurdu

  • Müəllif: admin
  • 22 Aprel 2017 07:56

Piyadani Vurdu

Bakıda 48 yaşlı kişini avtomobil vurub.

Gununsesi.info-nun “Report”a istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Səmədov Seyidəkbər Mirələm oğlu Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yolu keçmək istəyərkən “VAZ-2106” markalı avtomobil tərəfindən vurulub. Avtomobilin sürücüsü xəsarət alan piyadanı xəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, S.Səmədov ağır kəllə-beyin travması alıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info