BMT Baş katibi Trampla ilk görüşünü keçirib

  • Müəllif: admin
  • 22 Aprel 2017 16:36

kk

 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterriş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla ilk görüşünü keçirib. Görüş, cümə günü Ağ evdə baş tutub.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyüjarrik danışıqların 15 dəqiqə davam etdiyini bildirsə də, onun məzmunu barədə heç nə deməyib.
Onun sözlərinə görə, Quterriş və Tramp yaxın zamanlarda yenidən göpüşmək barədə razılığa gəlib.
«Baş katib və Prezident yenidən görüşmək barədə razılığa gəlib. Baş katibin fikrincə, o, BMT və ABŞ əməkdaşlığını konstruktiv müzakirə edib» – deyə, Dyüjarrik bildirib və əlavə edib ki, onların arasında maraqlı diskussiya olub.
Bildirək ki, BMT Baş katibi Vaşinqtona pəsmi səfərdədir və Beynəlxalq valyuta fondunun (BVF) xətti ilə keçirilən tədbirlərdə iştirak edir.

 

Gununsesi.info