DGK külli miqdarda siqaret müsadirə edib

  • Müəllif: admin
  • 22 Aprel 2017 17:27

siqaret

 

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasında Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Vaz-2106” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info