Qızına cehiz alıb, pulunu verə bilmədi və 9 İL HƏBS CƏZASI ALDI

  • Müəllif: admin
  • 26 Aprel 2017 15:31

1423748609_mehkeme-2

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ş. Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ş. Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb, pulu verməyib.

Buna görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanılıb.

Gununsesi.info