
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac piyada keçid xəttində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri müvafiq olaraq 19, 19, 19, 18, 18, 18, 18 qram olmaqla, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanan boyunbağılar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info












