
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Ən yaxşı hərbi vətənpərvərlik simvolikası” və “Ən yaxşı hərbi vətənpərvərlik şüarı (devizi)” üzrə müsabiqə elan edir.
Gununsesi.info-ya qurumdan verilən məlumata görə, müsabiqə 2 nominasiya üzrə keçirilir:
- “Ən yaxşı hərbi vətənpərvərlik simvolikası”
- “Ən yaxşı hərbi vətənpərvərlik şüarı (devizi)”
Müsabiqənin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında yaradıcılığı və hərbi vətənpərvərliyi təbliğ etmək, eləcə də ictimaiyyətin diqqətini “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin 5 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə yönəltməkdir.
Simvolika üçün meyarlar aşağıakılardır:
Müsabiqəyə təqdim olunan simvolika geniş ictimai marağa səbəb ola biləcək qrafik dizayna malik olmaqla,hərbi vətənpərvərliyi özündə ehtiva etməli, eləcə də qələbə əzmini ifadə etməklətəsirli olmalıdır.
Şüar (deviz) üçün meyarlar:
Müsabiqəyə təqdim olunanşüar (deviz)hərbi vətənpərvərliyi özündə ehtiva edən, tələffüzü çətin cümlələrdən olmayan, təsirli olmaqla tək oxunuşda hər kəsin yaddaşında qala bilən, xatırlana bilən bir cümlə olmalıdır.
Şərtlər:
Simvolika orijinal və rəngli olmalı, təsvir edilmiş görünüşü əks etdirməlidir;
Simvolika hər hansı mövcud emblem və loqotiplərin elementlərini təkrarlamamalıdır;
Simvolikanın hazırlanmasında dizayn bacarığına malik istənilən yaradıcı şəxslər (məktəbli, tələbə) və ya təcrübəli dizaynerlər iştirak edə bilər;
Simvolika qrafik (*jpeg, *png) və vektor versiyalarında (*cdr 2012, *psd;*pdd) təqdim olunmalıdır;
Şüar (deviz) əvvəllər işlədilmiş və yayımlanmış olmamalı, müsabiqə elan edilən vaxtdan yazılmalıdır;
Şüarın (devizin) yaradılmasında intellektual biliyə malik istənilən şəxslər (məktəbli, tələbə, hərbçi, elm adamı və s.) iştirak edə bilər;
Şüar (deviz) “Arial” 12 şriftlə *docvə ya *cdr 2012 versiyalarında ağ, qara yaxud rəngli yazıdatəqdim olunmalıdır;
Müsabiqəyə hər bir şəxs tərəfindən yalnız bir iş təqdim oluna bilər;
– müsabiqəni elan etmiş tərəf mükafat qazanan işlərdən təbliğat, maarifləndirmə vasitəsi kimi istifadə etmək hüquqna malikdir və öz nəşrlərində istifadə edə bilər;
– işlər elektron formada göndərilməli, yaxud yaddaş kartında şəxsən təqdim edilməlidir;
– müsabiqəyə qatılan şəxs özü haqqında şəxsi məlumatlarını (adını, soyadını, atasının adını, doğum tarixini (gün, ay, il) əlaqə nömrəsini (ev, mobil), işlədiyi və ya oxuduğu müəssisəni, bir ədəd fotoşəkil) *doc faylında işə əlavə etməsi zəruridir.
Simvolika üçün təsis olunmuş mükafat:
I yer – diplom və mükafat
II yer – diplom və mükafat
III yer – diplom və mükafat
Şüar (deviz) üçün təsis olunmuş mükafat:
I yer – diplom və mükafat
II yer – diplom və mükafat
III yer – diplom və mükafat
İşlər 2017-ci il may ayının 20-dək təqdim olunmalıdır. Müsabiqənin nəticəsi may ayının 26-da elan olunur.
Əlavə məlumat almaq üçün “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin inzibati binasına şəxsiyyəti təsdiq edən sənədlə (Az 1022 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99 (Maliyyə Nazirliyinin arxa tərəfi, Zabitlər bağının yaxınlığı) müraciət etmək lazımdır.
mail: rahibbayramov@mail.ru
Əlaqə telefonları: (012) 597 25 88 / (055) 409 02 82
Gülnaz Qənbərli
Gununsesi.info









