
Somalidə təhlükəsizlik xidmətinin əməkdaşları səhvən ölkənin ictimai işlər və yenidənqurma naziri Abbas Abdullahini güllələyərək öldürüblər.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, insident paytaxt Moqadişoda, prezident sarayının qarşısındakı nəzarət-keçid məntəqəsində baş verib.
Polis nümayəndəsi Nur Hüseynin sözlərinə görə, təhlükəsizlik xidmətinin əməkdaşları avtomobildə terrorçuların olduğunu zənn edərək atəş açıblar.
Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. Ötən ilin iyun ayında Somalinin Ətraf mühit naziri Buri Həmzə “Əş-Şəbab” terror qruplaşmasının Moqadişoda otelə hücumu nəticəsində öldürülüb.
Gununsesi.info









