40 mərtəbəli bina yandı, 3-ü uşaq olmaqla 9 nəfər xəsarət aldı - MOSKVADA

  • Müəllif: admin
  • 06 May 2017 08:48

moskva-fhn

Rusiyanın paytaxtı Moskva şəhərində  40 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində üçü uşaq olmaqla 9 nəfər xəsarət alıb.

Məlumata görə, 70 nəfər xilasedicilər tərəfindən binadan təxliyə olunub.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin səbəbləri araşdırılır. İlkin versiyaya əsasən, yanğına binanın 1-ci mərtəbəsində elektrik kabellərində baş verən qısaqapanma səbəb olub.

Gununsesi.info