Soyğunçuluqda şübhəli bilinən şəsxlər tutulublar

  • Müəllif: admin
  • 06 May 2017 12:20

soyguncu

1000 manat pul və 1 noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki evlərdən birindən 1000 manat pul və 1 noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mövlan Quliyev tutulub.

Bundan başqa Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşları tərəfindən mayın 4-də Bakı şəhər sakini Elvin Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri Ruslan Hüseynov və Zirəddin Tağıyev tutulublar.

Eyni zamanda Nizami Rayon Polis İdarəsinin 25-ci polis bpıməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə mayın 1-də Bakı şəhər sakini Ələmdar Süleymanovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Elnur Qarazadə tutulub.

Anar
Gununsesi.info