Bakıda döyüş sursatları aşkarlanıb

  • Müəllif: admin
  • 06 May 2017 18:30

qumbara-f1

 

Bakıda döyüş sursatları aşkarlanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yasamal rayonunda döyüş sursatının aşkar olunması barədə daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunub.

Döyüş sursatına baxış keçirilərkən məlum olub ki, bunlar, döyüş tətbiqinə yararlı olan, 4 ədəd F1 markalı əl qumbarası və 32 ədəd müxtəlif növ patrondur. Sursatlar xüsusi ayrılmış ərazidə zərərsizləşdirilərək aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 13:59-da başa çatıb.

 

Gununsesi.info