
Mayın 10-da Mərkəzi Asiya və Cənubi Qafqaz Biznes Maraq Qrupu (CATBIG) və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə Londonda brifinq keçiriləcək.
Gununsesi.info-nun məlumatına görə, brifinqdə Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts müvafiq bölgələrdən olan beş həmkarı ilə birgə məruzəçi qismində iştirak edəcək.
Brifinqin məqsədi regiondakı siyasi, iqtisadi vəziyyəti müzakirə etmək və ticarət imkanları haqqında məlumat verməkdir.
Gununsesi.info











