
Bərdə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 10-da saat 1 radələrində Bərdə şəhərində Kürdəmir rayon sakini Sergey Pənahov idarə etdiyi “KAMaz” markalı avtomobillə yolu keçən şəhər sakini Şahin Əliyarovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Hazırda Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info












