“Tapdırdım, gətirtdirdim, Xalq artisti oldun…” - NİYAMƏDDİN MUSAYEV

  • Müəllif: admin
  • 10 May 2017 20:05
amalia-heydar
Amaliya Pənahova: “Soğan dolması”nı bizə ilk dəfə Heydər Əliyev yedizdirdi…”

Tanınmış və sevilən sənətkar, xalq və bəstəkar mahnılarının gözəl ifaçısı, Xalq artisti Niyaməddin Musayev bu gün  telekanallardan birində mərhum dövlət başçısı Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən maraqlı bir məqamı xatırladıb.

niyameddin-heydar

Gununsesi.info-nun bildirdiyinə görə, 90-cı illərin ortalarında bir çox həmkarları kimi, N. Musayevi də H. Əliyevin iştirak edəcəyi dövlət konsertinə çağırıblar.

“Heydər Əliyevin mənim sənətimə böyük hörmət vardı və hər zaman da tapşırıq verərdi ki, məni dövlət konsertlərinə çağırsınlar. Növbəti konsertlərdən birində incə yumor hissinə malik olan Heydər Əliyev məni görüncə bunları dedi: Bir gün soruşdum ki, Niyaməddin hardadır, dedilər ki, bizneslə məşğul…Dedim ki, nə biznes, o hara biznes hara..Onun gözəl səsi var…Sonra da səni tapdırdım, gətirtdirdim, indi də Xalq artistisən (gülür)…” – deyə, o, sözlərinə əlavə edib.
amaliya
Həmin verilişdə iştirak edən digər ünlü sənətçi, Xalq artisti Amaliya Pənahova da H. Əliyevlə bağlı maraqlı xatirələrini bölüşüb.
 Qeyd edib ki, hazırda da rəhbəri və qurucusu olduğu Bakı Bələdiyyə Teatrını məhz H. Əliyevin təklifi ilə yaradıb:
“90-cı illərdə vəziyyət çox çətin idi…Mədəniyyət sahəsində də bir geriləmə vardı…Heydər Əliyevlə Naxçıvanda olan görüşümüz zamanı o məndən vəziyyətlə maraqlandı, mən də olan durumu anlatdım. Dedi ki, niyə özün teatr yaratmırsan? Onu da dedi ki, Türkiyə bələdiyyə teatrları var, sən də götür belə bir teatr yarat…Bu, elə bir vaxt idi ki, onda heç Azərbaycanda bələdiyyə sözünün nə olduğunu çoxları bilmirdi…Və beləliklə, mən də həmin təklifi nəzərə alaraq, Bakı Bələdiyyə Teatrını yaratdım…”
A. Pənahova həm də ilk dəfə “soğan dolması” ilə məhz  H.Əliyevin sayəsində tanış olduğunu xatırladıb:
 “Yenə bir dəfə Naxçıvanda idik. Bizə nahar zamanı dolma gətirdilər…Hərəmiz bir şey dedik, biri dedi ki, alma dolmasıdır, biri dedi ki, nə bilim hansı dolmadır…Heydər Əliyev qayıdıb dedi ki, heç biri deyil, bu, “soğan dolması”dır…Çox ləzəttli də idi…”
Kamil Həmzəoğlu
Gununsesi.info