“46 ölkənin idmançıları Atletlər kəndinə yerləşdirilib, 8 ölkənin gəlişini gözləyirik” - KÖNÜL NURULLAYEVA

  • Müəllif: admin
  • 11 May 2017 16:17

ATLETLER

“Hazırda 46 ölkənin idmançıları Atletlər Kəndinə yerləşdirilib. Bu gün isə 8 ölkənin nümayəndələrini gələcək”.

Gununsesi.info xəbər verir ki, bunu “Bakı 2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri və icraçı direktoru Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu gün 8 ölkənin nümayəndələrini gələcək.

İcraçı direktor bildirib ki, idmançıların boş vaxtlarını keçirməsi üçün mərkəz fəaliyyət göstərir.

“Həmin mərkəzdə onlar stolüstü-tennis oynaya bilər və ya komanda şəklində televiziya verilişlərinə baxa bilərlər. Bu kimi əyləncələr nəzərdə tutulub. Lakin idmançıların elə də çox boş vaxtı yoxdur. Onlar daha çox məşqdə olurlar”.

Gununsesi.info