
Gürcüstan Respublikasının Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.
Güləşi Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.
Yalnız final görüşündə uduzan Zülfüqar Əliyev (50 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə 60 kq çəkidə mübarizə aparan Kamran Mirzəliyev qazanıb.
96 kq-da yarışan Sayqidmaqomed Ömərov turniri beşinci sırada tamamlayıb.
Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edib.
Anar
Gununsesi.info











