7 yaşlı uşağı ilan sancdı - ŞƏKİDƏ

  • Müəllif: admin
  • 15 May 2017 19:08

zdxcxcx

Şəki rayonunda 7 yaşlı uşağı ilan sancıb.

Gununsesi.info xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Göynük kənd sakini, 2010-cu il təvəllüdlü Ələsgər Elşən oğlu Babayev ilan sancması xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, 7 yaşlı Ələsgər Babayev yaşadığı evin həyətyanı sahəsində oynayarkən ilan onun sol əlinin kiçik barmağını sancıb. Uşağa lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Gununsesi.info