Şəkidə mağazanın zirzəmisinə yıxılan qadın iki gün sonra xəstəxanada ölüb

  • Müəllif: admin
  • 15 May 2017 19:10

tecili-yardim-1

 

Şəkidə iki gün əvvəl mağazanın zirzəmisinə yıxılan 62 yaşlı qadın ölüb.
Hüquq-mühafizə orqanlarından APA-nin verdiyi məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində ağır qapalı kəllə-beyn travması dioqnozu ilə müalicə alan Şəki şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi 168/28 ünvanında yaşayan 1955-ci il təvəllüdlü Adilə Məmməd qızı Əzizli bu gün keçinib. 62 yaşlı Adilə Əzizli mayın 13-də günorta saatlarında şəhər ərzisindəki ayaqqabı mağazasında olarkən ehtiyatsızlıqdan mağazanın zirzəmisinə yıxılmışdı.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

 

Gununsesi.info